Yaponiyanın baş naziri Fumio Kisidanın rəhbəri olduğu hökumət istefa verib.
Bu barədə Yaponiya hökuməti başçısının ofisi məlumat yayıb.
Nazirlər Kabinetinin növbədənkənar iclasında baş nazir hökumətin bütün üzvlərinin istefa ərizələrini toplayıb. Yeni hökumət formalaşana qədər onlar öz nazirliklərinin rəhbərlərinin səlahiyyətlərini icra edəcəklər.
Günün ikinci yarısında Yaponiya parlamenti Kişidanı yenidən 101-ci baş naziri seçəcək. Bundan sonra yeni hökumətin tərkibi açıqlanacaq. Onda ancaq xarici işlər naziri dəyişəcək. Hakim Liberal Demokrat Partiyasının (LDP) baş katibi olmuş Tosimisu Moteqinin əvəzinə xarici işlər nazirliyinə keçmişdə bir neçə nazir postu tutmuş Yoşimasa Hayasi rəhbərlik edəcək.
Kisida sentyabrın 29-da hakim partiyanın sədri vəzifəsinə keçib, oktyabrın 4-də isə baş nazir seçilib. Onun bu vəzifəyə yenidən təyin olunması parlamentin aşağı palatasına oktyabrın 31-də keçirilən seçkilərdən sonra baş tutan formal prosedurdur. Onlardan sonra LDP mandatlarının bir hissəsini itirib, lakin mütləq çoxluğu (465 yerdən 261-i) saxlayıb.
Onun birmandatlı dairəsində keçirilən seçkilərdə LDP-nin baş katibi postunu tutan Akira Amari qalib gələ bilməyib. O, istefa verib və bu, sonradan XİN rəhbərinin dəyişməsinə səbəb olub.