Azərbaycan Universal Döyüş Federasiyasının yeni zalı açıldı
İlk yarış 8 noyabr Zəfər gününə həsr olunub
Azərbaycan Universal Döyüş Federasiyasınınyeni zalı Bakının Nərimanov rayonunda açılıb. Artıq həmin məkanda ilk yarış da keçirilib. Belə ki, ilk olaraq yeni zalda Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun təşəbbüsü ilə 8 noyabr Zəfər gününə həsr olunmuş Klublararası Turnir təşkil olunub. Uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən yarışda Universal Döyüş Federasiyasının 8 komandasını – “Qartal”, “Pik”, UDK, “Golden Ring”, “Modern”, “İlkin” FK, “Rasim” FK və “Melissa” komandalarını təmsil edən 80 idmançı iştirak edib. Qaliblər Universal Döyüş Federasiyası tərəfindən diplom, medal, kubok, yaxa nişanları və qiymətli hədiyyələrlə təltif ediliblər.