Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Arxa cəbhənin "gözə çarpmayan" qəhramanları. B.T.F-nin fəaliyyəti VİDEO





Səkinə Babayeva (Səkinə Rəşid qızı Babayeva; 1964, Zəngilan) — Azərbaycan Qadın Sahibkarları İnkişafı Assosiasiyası İctimai Birliyi İdarə heyətinin sədri, "Tərəqqi" medalı təltiftiçisi, Bakı Tekstil Fabrikinin təsisçisi.
Səkinə Babayeva 1964-cü ildə Zəngilanda anadan olub. 1987-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1982-ci ildən N.Nərimanov adına Bakı Trikolaj İstehsalat Birliyində sarıyıcı kimi fəaliyyətə başlayıb və nəzarətçi və mühasib, baş mühasib işləyib. 2000-2006-ci illərdə İdarə Heyətinin sədr müavini, 2006-ci ildən İdarə Heyətinin sədri olub. Hazırda Bakı Tekstil Fabrikinin direktorudur. Azərbaycan Qadın Sahibkarları Assosiasiyasının sədridir[1].
• 1982-ci ildə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyi - Sarıyıcı
• 1985-ci il vəzifə dəyişikliyi- Baş mühasib
• 1987-ci il vəzifə dəyişikliyi-İqtisadçı mühəndis
• 1997-ci il Bakı Əyrici Toxucu Tikiş Fabriki (BƏTTF)-Baş mühasibin müavini
• 2000-ci il BƏTTF vəzifə dəyişikliyi-İdarə Heyətinin Sədr müavini
• 2006-2011-ci il BƏTTF-İdarə heyətinin Sədri
• 2011-ci ildən hal-hazıradək “Bakı Tekstil Fabriki”MMC-nin Təsisçisi, Direktoru.
• 2017-ci ildən hal-hazıradək Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyi İdarə heyətinin sədri
2010-2015-ci ildə «Fəxri diplomla» təltif olunmuşdur. İşlədiyi müəssisədə seçki məntəqələrinin təşkili, məntəqədə iştirakçıların təlimi ilə müzakirələr keçirmişdir. Belə ki, 1991-ci ildə Binəqədi rayonu 202 saylı məntəqənin sədri, 1995-ci ildə N.Nərimanov rayonunun 19 saylı dairənin 9 saylı məntəqəsinə Sədr seçilmişdir.

QARABAĞ AZƏRBAYCANDIR!

2014-cü ildə YAP-nın təşəkkül tapmasında, Azərbaycanda demokratik, hüquq islahatların həyata keçirilməsində əvəzsiz xidmətlərimə görə «Xalq və Azərbaycan Naminə» Fəxri diplomla təltif olunmuşdur. 2006-cı ildə gənclərin Heydər Əliyev ideyaları ruhunda tərbiyyə olunmasında və əhaliyə göstərdiyi yüksək xidmətlərinə görə «Sədaqətli ƏLİYEV» fəxri diplomunu almışdır. 1997-ci ildə N.Nərimanov rayonu YAP qadınlar Şurasının Sədr müavini işləmişdir. İşlədiyi müddət ərzində Komitədə təşkil edilmiş xeyriyyə işlərində çalışaraq ehtiyyacı olanlara yardım etmiş, qocalar evində ziyarətçilik, qaçqınlar və köçkünlər Komitəsi ilə iş prinsipləri quraraq, geyim malları ilə təmin etmişdir. 2010-cu ildən YAP-nın 18 saylı Nərimanov və Nizami Seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədliyi irəli sürülmüşdür.
14 may 2014-cü il tarixdən Binəqədi rayonu YAP-nın Qadınlar Şurasının Sədr müavinidir. 2010-cu ildə Şuranın təşkil etdiyi xeyriyyəçilik tədbirlərində göstərdiyi dəstəyə və fəal iştirakına görə Cəmiyyətin sədri tərəfindən Fəxri Diplomla təltif olunmuşdur. «İlin xeyriyyəçisi» kimi Binəqədi Rayon İcra Hakimiyyətinin tədbirlərində yaxından iştirak edərək, müəssisəmizin gələcək işlərinin həlli üçün dəstəklənirlər. İqtisadi Emlər Namizədidir. Rayon ictimai heyətində fəal iştirakına görə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 2016-cı ildə Fəxri Diplomla təltif olunmuşdur.
• 1982-ci ildə 26 Bakı Komissarı rayon Komsomol Gənclər Təşkilatının üzvü seçilmişdir.
• 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
• 2014-cü ildən İqtisadiyyat Nazirliyində iqtisadi şuranın üzvüdür
• 2018-2019-cu illər ərzində Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının İdarə heyətinin üzvü, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının Rəyaset heyətinin üzvü,
• Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İctimai Şuranın üzvü eyni zamanda İdarə heyəti sədrinin müavini vəzifəsinə təyin olunmuşdur.
• 5 fevral 2020-ci ildə Azərbaycan Milli Sahibkarlar Konfederasiyası tərəfindən Türkiyə-Azərbaycan Ticarət Palatasına İdarə heyətinə üzvlüyünə seçilmişdir.
• 10 mart 2020-ci ildə Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfindən Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın üzvlüyünə seçilmişdir.
• Türkdilli xalqların Sahibkar Qadınlar Şurasının üzvüdür.

QARABAĞ AZƏRBAYCANDIR!

****

Ordumuz işğal edilmiş ərazilərimizi azad etməyə davam edir və 30 ildən sonra ədalət bərpa olunur. Bu gün işğalçı Ermənistan çıxılmaz vəziyyətdədir: cəbhədə erməni ordusu darmadağın edilib, ermənilər Qarabağda döyüşməkdən imtina edir, diplomatik cəbhədə isə heç bir ölkə işğalçını dəstəkləmir.
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında öz layiqli yerini tutur. İstər maddi-texniki təminat, istərsə də şəxsi heyətinin vətənpərvərlik hissi, qələbə ruhu baxımından ordumuz düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməyə, ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Keçirilən məqsədyönlü islahatlar, genişmiqyaslı təlimlər onu deməyə əsas verir ki, Azərbaycan əsgərinin döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti yüksəkdir. Ali Baş Komandanın diqqət və qayğısı daim bizim üzərimizdədir..
Hərbi əməliyyatların gedişatı Nikolun “siyasi dəfni” ilə nəticələnəcək. Artıq Ermənistanda keçmiş siyasi qüvvələr hərəkətə keçib. Keçmiş prezidentlərin – Robert Koçaryan, Serj Sarkisyan və Levon Ter-Petrosyanın qapalı görüşü və baş verən proseslər Paşinyanın taxtı ilə vidalaşmasını yaxınlaşdırır və bu, Sorosun bölgədəki planına ciddi təhlükə yaradır.
Ermənistan bu gün xaricdən ciddi şəkildə silahlanır və bu bölgə təhlükəsizliyi ciddi şəkildə pozur.Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu sual və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar hal-hazırda bizə qeyri-qanuni şəkildə çatdırılır.
Paşinyanın hakimiyyətdə qalmasının yeganə yolu hərbi əməliyyatların dayandırılmasıdır. Hərbi əməliyyatların Azərbaycanın irəli sürdüyü şərtlərlərlə - ərazilərin tam azad olunması – dayandırılması Nikolun devrilməsi ilə nəticələnəcək, bu baxımdan, yeganə çıxış yolu Bakıya müxtəlif yollarla təzyiqin edilməsidir.

QARABAĞ AZƏRBAYCANDIR!

Bu gün Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl rayon sakinləri böyük coşqu içərisindədir! Çünki bu torpaqlar artıq Azərbaycan oğullarının mühafizəsi altındadır. Hər kəs bu şad xəbərə ürək dolusu sevinir,daha xoş xəbərlərin gələcəyinə ümid edir.. Biz həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü dünyaya təsdiqləmişik. Azərbaycan xalqı özünü qürurlu, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləyib. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq. Yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq.
Bu gün xalqımız bu müqəddəs amal altında mübarizə aparan ordumuzun bütün mərd oğulları ilə qürur duyur. Bu yolda qəhrəmancasına şəhid olan igidlərini heç zaman unutmur, xatirələrini daim əziz tutur. Güc və qüdrəti ilə bütün dünyaya səs salan Azərbaycan Ordusu ilə hər kəs bütün Azərbaycan xalqı öyünür. Allah bütün əsgərlərimizi qorusun onlara güc və qüvvət versin! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Səkinə Babayeva
Bakı Tekstil Fabrikinin direktoru,
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru,
"Tərəqqi" medallı


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də