Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hindistanda yeni virus sürətlə YAYILIR

Hindistanın Uttar Pradeş ştatında 89 nəfərdə yeni, “Zika” virusu aşkarlanıb.
 
17-si uşaq olmaqla 89 nəfərin “Zika” testi müsbət çıxıb. Epidemiyanın yayılmasının qarşısını almaq üçün bölgədə qruplar təyin edilib.
 
Ərazidəki səhiyyə rəsmiləri Kanpur şəhərində ilk yoluxmanın oktyabrın 23-də aşkarlandığını və o zamandan artdığı bildirilir.
 
“Zika” virusu insanlara ağcaqanad dişləməsi, qan və cinsi əlaqə yolu ilə keçir.
 
Virusa yoluxan şəxslərdə ilk olaraq qızdırma, gözlərdə qızartı, qusma, səpgi, baş ağrısı, əzələ və oynaq ağrıları kimi simptomları olur. Xəstəliyin xüsusi müalicəsi və ya profilaktik peyvəndi yoxdur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də