Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyəli nazir Şəhidimizi xatırlayıb KÖVRƏLDİ

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında iştirak edib. Türkiyəli nazir şəhid Baş leytenant Valeh Məmiyevlə olan dialoqunu xatırlayərkən kövrəlib.
 
Hulisi Akar Türkiyədə təlimlərin birində baş leytenant Valeh Məmiyevlə tanış olduğunu qeyd edib:
“Ona demişdim ki, bu təlimlər əhəmiyyətlidir, amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir, sənin vəzifən budur. O da söz vermişdi”.
 
Valeh Məmiyevin Vətən müharibəsində yaralanan zaman xəstəxanada “Verdiyim sözü yerinə yetirdim”, - deməsini, xatırladan nazir kövrəlib.
 
Qeyd edək ki, Valeh Məmiyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Oktyabrın ayının 23-də isə aldığı yaradan şəhid olub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də