Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhid Arəstənin anasının vəziyyəti yaxşı deyil

“Şəhid Arəstə Baxışovanın anasının vəziyyəti hələ də yaxşı deyil”.
 
Bu haqda  açıqlamasında Şəhidin ailə üzvləri məlumat verib.
 
Bildirilib ki, o,  müalicəsini ev şəraitində davam etdirir:
 
“Vəziyyəti yaxşı deyil. 5-6 gündür yüksək temperaturdan əziyyət çəkir. Koronavirusun cavabı neqativ çıxmışdı. Sonra məlum oldu ki, geçikdirmişik və virus boğazda deyil, artıq ciyərə düşüb. Ona görə əziyyət çəkir. Müalicələri ev şəraitində davam etdirirk”.
 
“Şəhid Arəstə Baxışovanın övladlarının vəziyyəti isə nisbətən yaxşıdır. Uşaqlarda sadəcə öskürək qalıb, ona qarşı da dərman verilir.
 
YAŞAT Fondundan bizə bildiriblər  ki, ayın 10-dan sonra aptekə yaxınlaşıb, dövlət möhürlü resepti təqdim etməklə dərmanları pulsuz əldə edə bilərik. Amma bizə yazılan müalicə özəl klinikadandır”, - deyə ailə üzvü qeyd edib.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Şəhidin anası uşaqların və özünün koronavirusa yoluxduğunu bildirmiş, dərmanları almaqda çətinlik çəkdiyini qeyd etmişdi. Məsələ ilə bağlı "YAŞAT" Fondundan saytımıza verilən məlumatda ailənin müraciətinin qeydə alındığı açıqlanıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də