Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.RegionTV.info bildirir ki, hadisə gecə saatlarında rayonun Çinarlı kəndində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı avtomobil Çinarlı qəsəbəsində sərt döngədə idarəetməni itirərək 30-40 metrdən Şəmkir çayına düşüb. Nəticədə sürücü burun və əlin sınığı xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.






