Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müharibə iştirakçıları və şəhid ailələrinə 100 mindən çox tibbi xidmət göstərilib

2021-ci ilin 9 ayı ərzində Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə 100 mindən çox tibbi xidmət göstərilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, cari ilin yanvar-sentyabr ayları ərzində İkinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə 109 060 tibbi xidmət göstərilib.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin 95 443-ü ambulator, 13 617-si isə stasionar şəraitdə göstərilib. Tibbi xidmət almış 7 730 şəxsin 6 871 nəfəri müharibə iştirakçısı, 859 nəfəri isə şəhid ailəsi üzvü olub. 

İkinci Qarabağ müharibəsi iştirakçıları tərəfindən edilən müraciətlər əsasən cərrahi sarğılara və tikişlərə qulluq, hərbi əməliyyatlar zamanı partlayış və ya qəlpələrin səbəb olduğu zədələr, odlu silah və digər silah növləri tərəfindən törədilmiş yaralar, xroniki posttravmatik baş ağrısı və nevrasteniya (psixi pozğunluq) ilə bağlı olub.

Şəhid ailəsi üzvlərinin narahatlığı isə daha çox stenokardiya (ürəyin işemik xəstəliyi), essensial hipertenziya (yüksək qan təzyiqi xəstəliyi), xroniki böyrək xəstəliyi, xroniki bronxit və nevrasteniya (psixi pozğunluq) ilə əlaqədar olub.

Bu ilin 9 ayı ərzində icbari tibbi sığortanın Xidmətlər çərçərçivəsində 260 nəfər müharibə iştirakçısı, 61 nəfər şəhid ailəsi üzvünün müraciəti əsasında 381 cərrahi əməliyyat icra olunub. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də