Bu gün, Milli Məclisin deputatı Jalə Əhmədova Salyan şəhərində Zəfər Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilən anım mərasimi keçirir.
Salyan şəhidlərinin ailə üzvləri və qazilərin dəvət edildiyi tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin rəhbəri, Müdafiə Nazirliyinin nümayəndələri, ziyalılar iştirak edəcək.
Müsahibələrinin birində “Şəhidləri ayırmaq olmaz, onlar hamısı bizim övladlarımızdır”, deyən deputat bunu yalnız sözdə deyil, əməlində də təsdiq etdi. Bugünkü tədbirə həm 59, həm də 60 saylı Salyan seçki dairələrinin ərazisində yaşayan 62 nəfər şəhidin valideynləri, həmçinin 32 nəfər qazi dəvət olunub.
Mərasimdə hər bir şəhidin valideyninə və hər bir qaziyə Təşəkkürnamə təqdim ediləcək, qəhrəman şəhidlərin xatirəsinə həsr edilmiş video-rolik nümayiş olunacaq. Tədbir saat 15:00-da başlayacaq.