Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ceyhun Bayramov İranla münasibətlərə toxundu: “Müsbət addımlar atılıb”

“Son zamanlar  Azərbaycanla İran arasındakı münasibətlərdə bəzi ziddiyyətli məqamlarla bağlı suallar ortaya çıxır. Bəzi məqamlarla bağlı ziddiyyətli fikirlər var, amma biz bunlara real baxmalıyıq. İstənilən iki ölkə arasında müxtəlif məsələlər ilə bağlı fikir ayrılığı ola bilər. Bu, heç də istisna deyil".
 
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
 "Bizim mövqeyimiz odur ki, fikir ayrılıqları olduğu təqdirdə də bunu qonşuluq münasibətləri çərçivəsində müzakirə edərək həll edək. Son həftələr qeyd olunan məqamlarla bağlı iranlı həmkarımla bir sıra telefon danışıqlarımız oldu. Diplomatik yollarla rəsmi və qeyri-rəsmi məsləhətləşmələr apardıq. Mən hesab edirəm ki, həmin məsələlər istiqamətində müsbət addımlar atılıb və bundan sonra da atılacaq. İran-Azərbaycan münasibətləri hər zaman olduğu kimi müsbət məcrada inkişaf edəcək. Biz birlikdə xalqlarımızın, dövlətimizin rifahı üçün layihələr icra edə bilərik",- deyə C.Bayramov bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də