Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazir əvəzi vətəndaşlara müraciət etdi

"Koronavirus daim mutasiya uğrayır. Delta, delta plus və müxtəlif ştamlar aşkarlanır. Bu daimi prosesdir. Bundan qorxmaq lazım deyil".
 
Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev VIII Bakı Qlobal Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
 
O vurğulayıb ki, pandemiya hələ bitməyib:
 
"Sosial məsafəni gözləyib, maska taxmağa davam etməliyik. Vaksinasiya ilə yanaşı, epidemoloji tədbirlərin aparılması məcburidir. Yalnız hər iki istiqamətdə aparılan tədbirlər effekt verir. Xəstəxanalarda qəbul azalanda insanlar özünü arxayın aparır və qaydalara riayət etmir. Nəticədə yoluxma artır".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də