Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda havada toz dumanı müşahidə olunur


Bakıda havada toz dumanı müşahidə olunur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz dumanı müşahidə olunur. Hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur.
 
Bunu Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib.
 
“Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”, - deyə o qeyd edib.
 
G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də