
“Türkiyə ilə Azərbaycan arasında bir çox layihələr həyata keçirilib. Biz artıq yeni layihələr üzərində düşünürük”.
Bu fikirləri Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.
O bildirib ki, regionun 6 ölkəsi gələcəyə açılan yolu bir yerdə qət edə bilər: “Düşünürəm ki, Qarabağ məsələsi buna bir misaldır. Bu münaqişə nəticəsində iki ölkə arasında münasibətlər qurula bilməmişdi. Biz münaqişənin sülh yolu ilə həllini tapsaydıq, silahı əlimizə almazdıq”.