
Azərbaycan Prezidenti İlham Əliyev Kamran İmanovu təltif edib.
Dövlət başçısının sərəncamına əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Sultan oğlu İmanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, K.İmanov Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir.