Saakaşvili 6-7 litr su içir, ona gün ərzində 30 həb verilir və iki sistem köçürülür...
Oktyabrın 1-dən Saakaşvili aclıq elan edib və bu gün də aclıq davam edir...
Gürcüstanın üçüncü prezidenti, Ukrayna islahatları icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvili Gürcüstan həbsxanasında aclıq elan edib, gün ərzində 6-7 litr su içir.
Bu barədə "QORDON" nəşrinə müsahibəsində Ali Radanın insan hüquqları üzrə müvəkkili Lüdmila Denisova oktyabrın 27-də siyasətçi ilə görüşdən sonra bildirib.
"Həbsxananın həyətində reanimobil var, lakin o, yalnız qan köçürülməsini və ürəyin masajını təmin edə bilir. Səfirin verdiyi məlumata görə, hazırda iki reanimobil var, hansısa aparatla təchiz edilib. Lakin biz bunu yoxlaya bilmirik. Saakaşvili gün ərzində 6-7 litr su içir. Ona həmçinin dərman preparatları-30 həb verilir və iki sistem köçürülür. Buna baxmayaraq, aclıq onun səhhətinə mənfi təsir edir, axı, insan hər gün qidalanmalıdır",-Denisova deyib.
"Bizim zamanımız yoxdur! Saakaşvili 34 gündür aclıq elan edib, hər an geriyədönməz proseslər başlaya bilər".
Saakaşvili iki müddət dalbadal - 2004-2013-cü illərdə Gürcüstanın prezideni postunda olub. Postundan getdikdən sonra qısa zamanda ölkəni tərk edib.
2015-2016-cı illərdə Saakaşvili Odessa vilayətinin şəhər administrasiyasına başçılıq edib. 2015-ci ilin mayında Ukrayna vətəndaşlığını alıb, 2017-ci ilin iyul ayında bundan məhrum edilib. 2019-cu ildə Ukrayna prezidenti Vladimir Zelenski Saakaşvilinin Ukrayna vətəndandaşlığını bərpa edib. 2020-ci ilin iynundan Saakaşvili Ukrayna islahatları icraiyyə komitəsinin rəhbəri vəzifəsindədir.
Gürcüstanda Saakaşvili "Gürcüstanın birləşmiş bankı" nın əməkdaşı Sandro Qirqvlianinin qətlinə görə məhkum edilmiş DİN əməkdaşlarını əfv etdiyinə görə üç il müddətində azadlıqdan məhrum edilib. Siyasətçi Valeri Qelaşvilinin döyülməsi işinə görə ona daha altı il iş kəsilib.
Saakaşvili barəsində Gürcüstanda bir neçə cinayət işi, o cümlədən 2007-ci ilin noyabrında etiraz aksiyalarının dağıdılması işi üzrə araşdırmalar aparılır.
2021-ci ildə Saakaşvili oktyabrın 2-də yerli seşkilər günü Gürcüstana getmək qərarını açıqlayıb.
Oktyabrın 1-də səhər siyasətçi Gürcüstana qayıtdığını bəyan edib. Elə həmin gün Saakaşvili saxlanılıb və həbs edilib, hazırda Rustavi şəhərində 12 saylı penitensiar müəssisəsindədir.
Oktyabrın 1-də sabiq prezident aclıq elan edib və bu aclıq bu günədək davam edir. Siyasətçinin vəkilləri və həkimləri onun səhhətinin pisləşməsi haqqında məlumat veriblər.
Siyasətçi ilə görüşdən sonra Denisova deyib ki, Saakaşvilinin aclıq müddətində dörd dəfə vəziyyəti kritik olub, iki dəfə ona qan köçürülüb. O, səfərinin yekununda siyasətçinin hüquqlarının pozulmasını bəyan edib. Gürcüstan hakimiyyətinin hərəkətləri Ukrayna vətəndaşı "Saakaşvilini yaşamaq hüququndan məhrum etmək" cəhdi və üsuludur",-o, qeyd edib.
Saakaşvili tibbi yardım göstərilməsindən imtina edib və kritik vəziyyətdədir, bunu isə oktyabrın 29-da onun sevgilisi, "Xalqın xidmətçiləri" fraksiyasından olan deputat Yelizaveta Yasko bəyan edib.