Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Benzin 12-13% ucuzlaşa bilər - BİZDƏ YOX, ERMƏNİSTANDA...


Benzin 12-13% ucuzlaşa bilər  - BİZDƏ YOX, ERMƏNİSTANDA...
Tacikistanda  2020-ci illə müqayisədə benzinin qiymətində 9․6% azalma qeydə alınıb...
 
Ermənistanda benzinin pərakəndə satış qiyməti 12-13% ucuzlaşa bilər. 
 
Bunu iqtisadiyyat naziri Vaan Kerobyan noyabrın 2-də parlamentin daimi komissiyalarının birgə iclasında 2022-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
 
Erməni nazir əlavə edib ki, artıq Ermənistanda benzinin pərakəndə satış bazarına yaxın vaxtlarda daxil olacaq şirkətlər var.
 
Xatırladaq ki,  bu ilin avqustunda "Piccadil" beynəlxalq təşkilatının 2021-ci ilin birinci yarısında 2020-ci ilin eyni dövrü ilə müqayisədə benzin qiymətlərinin  dəyişməsi ilə bağlı apardığı araşdırmada Ermənistanın son bir ildə benzin bahalaşmasına görə postsovet məkanında lider olduğu müəyyən edilib.  Azərbaycan isə həmin siyahıda 8-ci yeri tutub...
 
Ermənistan - 22.8%
Gürcüstan - 17,4%
Ukrayna - 13,7%
Litva - 13,2%
Qırğızıstan - 12,6%
Latviya - 12.4%
Moldova - 10.9%
Azərbaycan -7,7%
Özbəkistan - 7,7%
Estoniya - 6․7%
Qazaxıstan -6․7%
Rusiya - 5․5%
Belarus - 4,9%
 
Maraqlıdır ki, Tacikistanda  digər ölkələrlə müqayisədə benzinin qiymətində əks-göstərici - 9․6% azalma qeydə alınıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də