Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vətən müharibəsi zamanı şəhid olmuş gəncəli müəllimin anım mərasimi keçirilib - FOTO


Bu gün Rabil İsmayılovun şəhidlik zirvəsinə ucalmasından bir il ötür. Gəncə şəhəri gülüstan qəsəbəsində şəhidin ailəsinin yaşadığı binanın həyətində yas mərasimi təşkil olunaraq onun anım mərasimi keçirilib. Rabil İsmayılov 12 fevral 1980-ci ildə Gəncə dünyaya gəlib. 1987-1997-ci illərdə M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. O, Ali təhsil alandan sonra məzunu olduğu məktəbdə riyaziyyat müəllimi olaraq çalışıb.
Azərbaycan Ordusunun leytenantı olan Rabil İsmayılov Vətən müharibəsinin ilk günlərindən işğal altında olan ərazilərin azad edilməsi uğrunda savaşıb. O, 2020-ci il noyabr ayının 3-ü Xocavənd döyüşləri zamanı şəhid olub. Rabil müəllim Gəncənin Şəhidlər xiyabanında dəfn olunub.
Rabil İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları əsasında aşağıda göstərilmiş medallarla təltif olunmuşdur:
  • “Vətən uğrunda” (ölümündən sonra)
  • “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra)
  • “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra)
  • “Füzulinin azad olunmasına görə” (ölümündən sonra)
Qeyd edək ki, dünən şəhidin məzun və müəllim olduğu məktəbdə anım mərasimi təşkil olunmuşdur. Bu gün isə Şəhidin adını daşıyan Ehsan bulağının da açılışı olub 






Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də