Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstan parlamenti boykot olundu

Gürcüstan Vahid Milli Hərəkat Partiyası parlament fəaliyyətindən imtina edib.
 
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
 
Partiyanın nümayəndəsi Nika Oboladze Saakaşvili azad olunana və Konstitusiya dəyişiklikləri edilənə qədər deputatların parlamentə gəlməyəcəklərini bildirib.
“Biz parlamentdə fəaliyyətimizi dayandırırıq, amma mandatlardan imtina təxirə salınıb. İndi diqqəti etirazlara yönəldirik ki, onlar kəskin olsun və son nəticədə hökuməti ölkəni idarə edərkən çoxluğun iradəsini nəzərə almağa məcbur olsun”.
 
Qeyd edək ki, VMHP-nın qurucusu, həbsdə olan eks-prezident Mixail Saakaşvili partiyanın parlament fraksiyasını parlamentin işini boykot etməyə, eyni zamanda, mandatlardan imtina etməməyə çağırmışdı. VMH fraksiyasının bu addımına Lelo Partiyası da qoşulub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də