Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ƏDV geri qaytarılmayacaq - “İnsanlar yenə alıb içəcək də, çəkəcək də”

Alkoqollu içkilər və tütün məmulatlarının alışı zamanı Əlavə Dəyər Vergisi (ƏDV) geri qaytarılmayacaq. Bu barədə məsələ Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun  açıqlamasında bildirib ki, dünya praktikası ilə müqayisədə Azərbaycanda bu faiz ən aşağıdır:
 
“Bu, dünyada kifayət qədər yüksəkdir. Alkoqollu içkilər və tütün məmulatları sağlamlıq baxımdan çox ziyandır. Ona görə də ƏDV-nin geri qaytarılması məsələsi burada müəyyən suallar doğurur. Düzdür, insanlar yenə də alıb içəcək, siqaret də çəkəcək”.
 
Deputat V.Əhmədov burada böyük vəsaitdən söhbət getmədiyini qeyd edib:
 
“Ona görə də bu o qədər də ciddi problem deyil. Bizi əsas narahat edən qida, ət-süd məhsullarıdır. Əsas onlarda bahalaşma olmasın, bu məsələlər öz müsbət həllini tapsın”.
 
Qeyd edək ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də