Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Vergi Məcəlləsi dəyişikliklərə görə “Ginnesin Rekordlar Kitabı”na düşə bilər”

“Bələdiyyələrin rolunun tədricən artırılması istiqamətində siyasət yürüdülür”.
 
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı komitə sədrinin müavini Əli Məsimli deyib.
 
O bildirib ki, qanunvericilik aktlarına dəyişikliklərdə bələdiyyə və QHT ilə bağlı yeni müddəalar əlavə edilir:
 
“Ancaq Vergi Məcəlləsinə bələdiyyələrlə bağlı təklif edilən dəyişikliklərin bələdiyyələrin gəlirlərinə necə təsir göstərəcəyi araşdırılmalıdır. İkincisi, Vergi Məcəlləsinin qəbul edildiyi vaxtdan 20 ildən çox vaxt keçir. İqtisadi inkişaf modeli tamamilə fərqlidir. Ancaq Vergi Məcəlləsi qəbul ediləndən onun mürəkkəbi qurumamış ona əlavələr və dəyişikliklər edilməyə başlayıb. Ona görə də bu Məcəllədə qeyri-müəyyənliklər kifayət qədərdir. Azərbaycan Vergi Məcəlləsi dəyişikliklərə görə “Ginnesin Rekordlar Kitabı”na düşə bilər. Bu, xarici investorları da qorxudur. Ona görə təklif edirəm ki, 2030-cu ilə qədər yeni bir Vergi Məcəlləsi hazırlansın”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də