Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə daha bir şəhidimizin anım günüdür - FOTO

"44 GÜNLÜK ZƏFƏR SAVAŞI"-nda canını vətən yolunda fəda edən daha bir şəhidimizin anım günüdür.
Noyabrın 3-də Gəncədə keçiriləcək anım tədbirində şəhid İsmayılov Rabil Elbrus oğlu anılacaq.
Demokratik.Az-ın məlumatına görə, mərhum leytenantın şəninə təşkil edilmiş tədbir yaşadığı və doğulduğu Gəncə şəhəri, Nizami rayon Gülüstan qəsəbəsində (bina 17, mənzil- 18) baş tutacaq. Tədbirdə şəhidin ailə üzvləri ilə yanaşı onu tanıyan yaxınları dostları, təhsil aldığı məktəbin kollektivi də iştirak edəcək.

Məlumat üçün bildirək ki, şəhid Rabil İsmayılov orta təhsilini 1987-97-ci illərdə Gəncə şəhəri Gülüstan qəsəsində yerləşən 14 saylı orta məkdəbdə alıb. Daha sonra Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" - Riyaziyyat və informatika müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. 1997-2001-ci ildə həmin universiteti bitirərək 2001-2003-cü illər ərzində Gəncə Dövlət Universitetində magistr təhsil pilləsi üzrə 1-ci dərəcəli tam ali təhsil diplomuna layiq görülüb. Hərbi xidmətini Naxcıvan Muxtar Respublikasının Ordubad rayonundakı "N" saylı hərbi hissəsində keçirib. Hərbi xidmətini başa vurduqdan sonra oxuduğu Gəncə şəhəri 14 saylı tam orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Və 16 oktyabr 2020-ci ildə prezidentin səfərbərlik üzrə çağırışına qatılaraq ehtiyyatda olan zabit kimi Qarabağımızın erməni işğalından azadlığı uğrunda Cəbrayıl, Füzüli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

Rabil İsmayılov 2 noyabr 2020-ci ildə Xocavənd rayonu uğrunda gedən döyüşdə qəhrəmancasına şəhadətə yetişib. O, ölümündən sonra "Cəbrayıl uğrunda", "Füzüli uğrunda", "Xocavənd uğrunda", "Vətən uğrunda" medalları ilə təltif edilib. Ailəli idi, Amil və Kamran adlı iki övladı var.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də