Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yol polisindən sürücülərə daha bir XƏBƏRDARLIQ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi xüsusi təyinatlı avtomobillərə yol verməyən sürücülərə xəbərdarlıq edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib ki, ötən gün sosial şəbəkələrdə yayılan yanğınsöndürən xüsusi təyinatlı avtomobilə yol verməyən sürücünün hərəkətləri cəmiyyətin qınaq obyektinə çevrilib.

"Həmin hadisə yol hərəkəti qaydalarının pozulması və inzibati məsuliyyət yaradan hal olmaqla yanaşı, ətrafda baş verən həyati əhəmiyyətli hadisəyə biganəliyin göstəricisidir. Hər bir vətəndaşımız bilməlidir ki, heç kim bədbəxt hadisədən sığortalanmayıb. Belə hallarda avtomobil idarə edən şəxsin “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq vəzifəsi və məsuliyyəti var.
Belə sürücülərin diqqətinə bir daha çatdırmaq istəyirik ki, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyata qoşularaq hərəkət etdiyinə görə sürücüyə 100 manat məbləğində cərimə, üç cərimə balı nəzərdə tutulur.
Məsələnin inzibati tərəfindən də qat-qat üstün olan həyati əhəmiyyətini nəzərə alıb, belə addımlara yol verən sürücülərin cəmiyyət qarşısında hər bir kəsin qınaq obyektinə çevirilməsi zəruridir ki, belə hallardan çəkinsinlər”, - deyə xəbərdarlıqda qeyd olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də