Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Ermənistan Türkiyənin forpostuna çevriləcək” – Rusiyalı politoloqdan PROQNOZ

Ermənistan Türkiyənin Cənubi Qafqazdakı forpostu olacaq.
 
Bu barədə Rusiya Qlobal Problemlər İnstitutunun direktoru, politoloq Mixail Delyagin bildirib.

Politoloqun fikrincə, Ermənistan son illər Moskvaya Gürcüstanı xatırlatmağa başlayıb.
 
“Rusiyaya görə, son 20 ilin siyasi diskussiyalarlnda iqtisadi cəhətdən zəif olan Ermənistan qətiyyətli insanların məskunlaşdığı yer idi. Amma inqilabdan sonra vəziyyət dəyişdi. Ermənistan Gürcüstanı xatırlatmağa başladı. Sonda isə Gürcüstanın səhvlərini təkrar edərək ərazilər itirdi”.
 
Delyagin sülh müqaviləsinin imzalanması, nəqliyyat kommunikasiyalarının və sərhədlərin açılmasından sonra Ermənistanın fərqli ölkəyə çevriləcəyini düşünür. Onun fikrincə, Ermənistan hərbi-siyasi və iqtisadi sahibini dəyişərək, zamanla Rusiyanın deyil, Türkiyənin forpostuna çevriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də