Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşa bizimdir - Qarabağ Azərbaycandır” sərlövhəli məqaləsi gürcü dilində dərc olunub.
Məqalədə Qarabağın baş tacı sayılan və tarixi, mədəni, strateji əhəmiyyətə malik olan Şuşa şəhəri barədə ümummilli lider Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi fikirləri yer alır.
Müəllif 2020-ci il noyabrın 8-də Şuşanın işğalçılardan azad edilməsinin 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə olduğunu qeyd edir. Bu hadisənin müharibənin sonrakı gedişinə həlledici təsir göstərdiyi, tariximizə Zəfər Günü kimi yazıldığı bildirilir.
Məqalədə həmçinin Şuşanın qədim tarixə malik olması faktına, Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinə xüsusi diqqət yetirilir, oxuculara Şuşanın bərpası haqqında məlumat verilir.