Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Aeroportların VİP salonlarından istifadə hüququ olan beynəlxalq TƏŞKİLATLAR

Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin siyahısı təsdiqlənib.
 
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
 
Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin siyahısı aşağıdakı kimidir:
 
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin, Azərbaycan Respublikası vitse-prezidentlərinin, Azərbaycan Respublikası Baş nazirinin və onun müavinlərinin, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin və onun müavinlərinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikasının xarici işlər nazirinin və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin dəvəti ilə xarici dövlətlərdən Azərbaycan Respublikasına gələn rəsmi nümayəndə heyətləri;
 
2. xarici ölkələrin Azərbaycan Respublikasında səfirləri və baş konsulları;
 
3. beynəlxalq təşkilatların rəhbər şəxsləri;
 
4. BP Şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə prezidenti.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də