Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çingiz Abdullayevlə bağlı daha bir QALMAQAL

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev növbəti dəfə sosial şəbəkələrdə tənqid və iradlara tuş gəlib.

Xalq yazıçısının bu dəfə qınanılmasına səbəb dünən Sumqayıtda keçirilmiş bir tədbirdə səsləndirdiyi aşağıdakı fikilər olub:
“Birinci Qarabağ müharibəsi olmayıb, bu yalandır. Ermənilər sovet qoşunlarını pulla ələ alıb, torpaqlarımızı işğal edirdilər. Bizim ordumuz olmayıb…
…Əsl müharibə indi olub. 44 günlük maharibədə bizim ordumuz vardı və torpaqlarımızı işğaldan azad etdi…”.

Çingiz Abdullayevi qınayanlar bildiriblər ki, yazıçı “Birinci Qarabağ müharibəsi olmayıb” deməklə minlərlə şəhid, itkin, qazi və veteranın haqqı danıb. Bəziləri hətta Xalq yazıçısını üzrxahlıq etməyə çağırıblar.

Məsələyə reaksiya verən Çingiz Abdullayev sosial şəbəkədə onun əleyhinə çıxış edənləri təxribatçılar adlandırıb. Yazıçı deyib ki, dünən Sumqayıtda keçirilmiş tədbirdə fikirlərini aydın şəkildə ifadə edib və orada iştirak edən insanlar, o cümlədən şəhid anaları onun nə danışdığını aydın şəkildə başa düşüb.

“Siz bizim qonşularımızdan qat-qat pis düşmənsiniz. Otuz il xalqımı qoruduğum üçün məndən qisas alırsınız?”,-deyə Çingiz Abdullayev sosial şəbəkələrdə onu qalmaqala çəkənlərə səslənib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də