Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu ölkənin baş naziri istefa verdi

Şimali Makedoniyada dünən keçirilən yerli seçkilərin ikinci turu üçün səsvermə prosesi başa çatdıqdan sonra mətbuat konfransı keçirilib. 
 
Ölkənin baş naziri, Makedoniya Sosial Demokratlar İttifaqının sədri Zoran Zaev seçkilərin nəticələrinə görə məsuliyyəti öz üzərinə götürərək həm baş nazir, həm də partiya lideri vəzifəsindən istefa verib.
 
"Mən baş nazir və SDSM sədri vəzifəsindən istefa verirəm", -deyə   Zaev bildirib.
 
Rəqiblərini yerli seçkilərdə qazandıqları uğurlara görə təbrik edən Zaev bundan sonra da partiyanın bir parçası olaraq qalacağını bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də