Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük iyirmiliyin” (G20) liderlərinin Romada keçirilən sammitində bəzi ölkələrin dövlət və hökumət başçıları ilə müzakirələr aparıb.
Türkiyə Prezidenti sammitdə İtaliyanın Baş naziri Mario Draqi tərəfindən qarşılanıb, G20 ölkələrinin liderləri ilə birgə foto çəkdirib.
Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Boris Conson və BMT-nin Baş katibi Antonio Quterreşlə ayaqüstü müzakirələr aparıb.
Qeyd edək ki, İtaliyanın “Böyük iyirmiliyə” sədrliyi çərçivəsində oktyabrın 30-31-də Romanın Nuvola Konqres Mərkəzində keçirilən sammitdə 35 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.