Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Verilişimizin bağlanması, kanalı tərk etməyimiz xəbərini sizdən eşidirəm...”


“Verilişimizin bağlanması, kanalı tərk etməyimiz xəbərini sizdən eşidirəm...”
Dünən saytlarda yayılan məlumatlardan biri də Ülviyyə Əliyeva və Xuraman Əlizadənin aparıcılıq etdiyi “Hüseynova bacıları” verilişinin ARB kanalından getməsi xəbəri idi.
 
Xəbəri dəqiqləşdirmək üçün aktrisa Ülviyyə Əliyeva ilə əlaqə saxlayıb.

“İnanın ki, verilişimizin bağlanması və kanaldan getməsi xəbərini sizdən eşidirəm. Bu xəbərlə bağlı bildiyim heç nə yoxdur. Bircə onu deyə bilərəm ki, təbii ki, yalan məlumatdır. Arb kanalındayıq və bazar günü də verilişimiz yayımlanacaq. Maraqlı olsa izləyərsiniz. Hazırda film çəkilişindəyəm, saytları da izləmirəm ki, bilim nə yazırlar?!” deyə aktrisa bildirib.
 
Aktrisa çəkildiyi “Köhnə çamadanlar” filmindən də danışıb.
 
““Köhnə çamadanlar” adlı bir filmdə çəkilirəm. Bu mənim üçün yeni bir obrazdır, oynadığım ilk dramatik rolumdur. Filmdə həm birinci Qarabağ, həm də ikinci Qarabağ müharibəsindən söhbət açılır. Rejissoru Səidə Haqverdiyeva, ssenari müəllifi isə Sevda Sultanovadır. Müharibə ilə bağlı ölkəmizdə çox filmlər çəkilib, amma bu səpkidə bir film olmayıb. Bu filmdə mən Xocalı faciəsini görən, o dəhşətli hadisələrə şahidlik edən bir xanımı oynayıram. Bu filmin tamaşası da olacaq. Ekran işində fiziki məhdudiyyətli insanlar, qazilərimiz də çəkilib. Sırf müharibənin içini, atışma səhnələrini göstərməmişik, insanların müharibə illərindəki psixoloji vəziyyətini önə almışıq” deyə aktrisa bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də