Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
BNA rəsmisi sürücülərdən müəyyən olunan sürət həddinə əməl olunmasını xahiş edib.