Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məhşurların əksəriyyətinin koronavirusdan ölüm səbəbi - Həkim AÇIQLADI

“COVID-19-a yoluxmusuz? Xatırladıram ki, ilk 7 gün ərzində xəstəyə antibiotik, deksametazon, su içə bilənlərə sistem, cavan, risk qrupunda olmayanlara isə qandurulducu, immun modulyatorlar, bioloji aktiv maddələr yazmamaq müalicənin əsasını təşkil edir”.

Bunu koronavirusun müalicəilə məşğul olan həkim-anestezioloq Şahin Məmmədov bildirib.

“Mənim əsas taktikam minimal dərman istifadəsidir. Əlbəttə, hər xəstəyə fərdi yanaşılmalıdır. Amma məlumat üçün deyim ki COVID-19-un ev müalicəsini panikaya düşüb aqressiv başlayanların çoxunda ağırlaşmalara daha çox rast gəlinir.
Varlı adamlar, hansılar ki düşünür bütün apteki ala bilərlər, aqressiv müalicə edirlər. Ölən məhşur adamların əksəriyyətinin ev müalicəsini araşdırsanız ev müalicəsində çoxsaylı dərmanla başladığını aydın görə bilərsiz”,-deyə həkim ev müalicəsində ehtiyatlı olmağa çağırıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də