Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Bunlar qarşoqda oturanda, mən Xankəndində düşmən gülləsinin qarşısında oturmuşdum, amma...”




“Bunlar qarşoqda oturanda, mən Xankəndində düşmən gülləsinin qarşısında oturmuşdum, amma...”
“Mənim üçün çox maraqlıdır ki, sizin saytda gedən yazıları İcra Hakimiyyətlərinə məsul olan qurumlar oxuyurlar? Əgər oxuyurlarsa, niyə bəs yerlərdə belə hadisələr baş verir? Mən belə şeyləri başa düşə bilmirəm. Prezident özü də dəfələrlə deyib ki, məmurlar özlərini xalqın ağası kimi aparmasın, onlar xalqın ağası deyillər. Rüşvətxorlar, korrupsionerlər hamısı xalqın düşmənləridir. Bunlar isə nəticə çıxarmırlar, görünür bu ölkəyə humanistlik lazım deyil. Düşünürəm ki, Azərbaycanda İlham Əliyev humanistliyi yox, Mircəfər Bağırov qılıncı lazımdır”
 
Bunu  açıqlamasında Xalq şairi Vahid Əziz deyib. Xalq şairi məmur qapılarında keşik çəkən adamların vətəndaş qəbulunu əngəllədiyini bildirib:  
 
“Məsələn, Gəncədə şəhid anası intihara cəhd etdi və bildirirdi ki, o, icra başçısının qəbuluna düşə bilmir. Mən inana bilmirəm ki, icra başçısı onu qəbul etməyə, söhbət o qapıda duranlardan gedir. Onlar buna imkan vermirlər, başçıya informasiya çatdırmırlar. O qapıda duranlardan bunun səbəbini soruşmaq lazımdır. Baxıb görürsən ki, vətəndaş məmurun qəbuluna gedir və deyirlər ki, yerində yoxdur. Belə hallarla mən də dəfələrlə rastlaşmışam. Xalq şairiyəm, Prezident təqaüdçüsüyəm, az-çox bu məmləkətdə tanınmış adamam, bunların bəziləri qarşoq üstündə oturanda mən artıq Xankəndində erməni gülləsinin qarşısında oturmuşdum. Bir də görürsən ki, zəng vururam hansısa məmura deyirlər ki, yerində yoxdur. Hətta bir şeirimdə yazmışdım ki, 
 
“Məmura zəng gəldi Xalq şairindən, 
Nə xalqı tanıdı, nə də şairi...”
 
Adam çətin vəziyyətdə qalır. Xalqın bu boyda birliyi bizim eyni zamanda, Sovet hökuməti dağılanda Topxana meşəsiylə bağlı birliyinə oxşayır. Bu ondan daha da güclü idi. Bütün bunların qabağında bəzi məmurların laqeyd münasibətini görəndə çox təəssüflənirsən”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də