Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sülhməramlılar 2030-cu ilə qədər Qarabağda QALA BİLƏR




Sülhməramlılar 2030-cu ilə qədər Qarabağda QALA BİLƏR
“Rusiyalı sülhməramlı kontingenti 2020-ci il 10 noyabr razılaşmasında nəzərdə tutulduğundan daha uzun müddətə Qarabağda qalacaq”.
 
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan açıqlama verib. Armen Qriqoryan Azərbaycanla delimitasiya və demarkasiyaya hazır olduqlarını amma bu istiqamətdə irəliləyişin olmadığını da əlavə ediblər.
 
Xatırladaq ki, 2020-ci il 10 noyabr razılaşmasına görə, Rusiya sülhməramlı qüvvələri Qarabağda azı 5 il müddətində yerləşdirilir. Azərbaycan tərəfi həmin müddətin bitməsinə 6 ay qalmış Rusiya tərəfini missiyasını yekunlaşdırması barədə xəbərdar etməzsə, sülhməramlıların qalma müddəti yenidən avtomatik 5 il uzadılacaq.
 
Beləliklə, Ermənistan tərəfinin versiyasına görə, sülhməramlı kontingentin qalma müddəti 2025-ci ildə deyil, azı 2030-cu ilin noyabrına qədər uzadılacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də