
“Mən şəxsən Ermənistanın Zəngəzur vilayətindən qoşunların çıxarılması əmrini vermişəm”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət rəsmiləri ilə keçirilən sual-cavab iclasında deputatların suallarını cavablandırarkən deyib.
Paşinyan hərbi əməliyyatların qarşısını almaq üçün bu qərarı verdiyini deyib:
“Biz heç olmasa müvəqqəti olaraq strateji yolu itirmək istəmədik”.