Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Uşaqlara niyə “Pfizer” vurulmalıdır? – SƏBƏB açıqlandı

“Risk qrupuna aid olan xroniki xəstəliklərdən - piylənmə, ürək qüsuru və xroniki ağciyər xəstəliyindən əziyyət çəkən, yaşı 12-dən yuxarı olan uşaqların koronavirusa qarşı peyvənd olunması məsləhətdir”.
 
Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.
 
Nazirlik rəsmisi uşaqlara “Pfizer” vaksininin vurulmasının tövsiyə edildiyini xatırladıb:
 
“Hər iki valideynin razılığı əsasında da 12 yaşın üzərində olan uşaqların koronavirusa qarşı peyvəndlənməsi həyata keçirilə bilər. Çünki ölkədə istifadə olunan digər peyvəndlər barədə araşdırmalar hələ tam başa çatmayıb. Peyvənd vurulan uşaqlarda əks-göstəriş və ya digər yan təsirlər böyüklərdəki kimidir. Peyvəndlənmə pandemiya dönəmini keçmək üçün vacib amildir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də