“Payız-qış mövsümündə uşaqlarda immunitet zəifləməsi baş verir. Məktəblərin açılışı, bağçalarda kütləviliyin artması xəstələnmə sayına təsir göstərir”.
Bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.
O qeyd edib ki, uşaqlarda immun sisteminin gücləndirilməsi üçün düzgün və sağlam qidalanma, ana südü, eyni zamanda təmiz havada gəzinti mütləqdir.
A.Zeynalovanın sözlərinə görə, həkim məsləhəti olmadan uşaqlara hər hansı vitamin verilməsi düzgün deyil:
“Həkimin resepti olmadan vitamin qəbulu fəsadlaşmaya səbəb ola bilər. Valideynlər elə düşünür ki, vitamin qəbulu ilə uşağının immun sistemini qaldıra bilər. Lakin elə vitaminlər var ki, orqanizmdə yüklənərək qala bilər. Mədə-bağırsaq pozutuları da məhz bu səbəbdən qaynaqlanır. Qastrit xəstəliyi də adətən bundan yaranır”.