Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə zorla yemək veriləcək.
Bu barədə onu həbsxanada ziyarət edən Ukrayna ombudmeni Lüdmila Denisova açıqlama verib.
“Aclıq aksiyası təhlükəli stadiyaya çatdığı üçün Saakaşviliyə zorla yemək verilə bilər. Amma onun özü buna müqavimət göstərmək fikrindədir”.
Hüquq müdafiəçisi eks-prezidentin həbsxana xəstəxanasına yerləşdirilməkdən imtina etdiyini də əlavə edib.
Lüdmila Denisova Gürcüstanın müvafiq orqanlarından siyasətçinin özəl tibbi müəssisələrdən birinə yerləşdirilməsini xahiş edəcəyini deyib.
Xatırladaq ki, Mixail Saakaşvili oktyabrın 1-də Tbilisidə gizli qaldığı mənzildə saxlanılıb. Ona qarşı bir neçə maddə ilə cinayət işi açılıb.