Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Abonent mexaniki sayğacdan imtina edə bilər - Baş direktor

İstismar müddəti bitmiş qaz sayğaclarının dəyişdirilməsi zamanı yeni sayğacların quraşdırılması prosesində abonentlərin istəyi nəzərə alınır.
 
Bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
 
Baş direktor bildirib ki, köhnə sayğaclar dəyişdirilərkən abonent mexaniki sayğacdan imtina edə bilər: "Heç bir abonentə məcburi olaraq mexaniki sayğac quraşdırılmır. Bizim kifayət qədər yeni Smart tipli sayğac ehtiyatımız var. Sayğacların dəyişdirilməsi zamanı abonentin istəyinə uyğun olaraq ona yeni Smart sayğac quraşdırıla bilər".
 
Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən olunmuş qaydalara əsasən məişət tipli qaz sayğaclarının dövri yoxlama müddəti 5 il təyin olunub.
 
Yəni, bu vaxt bitdikdən sonra artıq qeyd olunan sayğacların çıxarılması təmin olunmalıdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də