Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gələn il sosial sahəyə ayrılacaq vəsaitin MƏBLƏĞİ

Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat sahələrinə ayırılan vəsaitin məbləği açıqlanıb.
 
Bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.
 
Layihəyə əsasən, sosial müdafiə və sosial təminat sahələrinə 3 milyard 565 milyon 794 min 062 manat vəsait ayırılıb.
 
Bunlardan 310 milyon 043 min 606 manat sosial müdafiəyə, 5 milyon 243 min 653 manat sosial təminata, 50 min manat sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlara, 3 milyard 250 milyon 456 min 803 manat sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə xərclənəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də