Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cüdo ustaları ACF-yə təşəkkür edirlər


Cüdo ustaları ACF-yə təşəkkür edirlər
Cudo ustalarının - 30 və daha yuxarı yaşda olan idmançıların Portuqaliyanın paytaxtı Lissabonda bu il oktyabrın 21-24-də keçirilən dünya çempionatında Azərbaycan komandası 8 medal - 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar. Komanda hesabında təmsilçilərimiz 43 ölkə arasında 12-ci olublar.
 
Komandanın üzvü, “Judo Club 2012” idman klubunun icraçı direktoru Mübariz Cəfərov bu barədə məlumat verərkən deyib:
 
- Cüdo ustalarımız – veteranlar 2002-ci ildən beynəlxalq yarışlarda iştirak edirlər və hər il uğurlu nəticələr qazanırlar. Azərbaycan Cüdo Federasiyası (ACF) bu il də bizim yarışlarda iştirakımızı təmin etdi və buna görə federasiyanın rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Ümumiyyətlə, veteran cüdoçulara göstərilən qayğı hər birimizdə minnətdarlıq hissi doğurur, bizi qitə və dünya çempionatlarında fəal iştirak etməyə həvəsləndirir. Komandamızı builki çempionata hazırlaşdıran baş məşqçimiz, tanınmış cüdo ustası Fərhad Rəcəbliyə, ACF-nin baş məşqinin köməkçisi kimi komandaya ezam etdiyi Vüsal Cəfərova və “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərova da minnətdarıq...
 
Onu da qeyd edək ki, Lissabonda tatami üzərinə M-5 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində çıxan Mübariz Cəfərov çempionatın gümüş medalına layiq görlüb. Veteran cüdoçu komandanın qitə yarışında da iştirak etmək arzusunda olduğunu bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də