Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cəlilabad rayonunda vətəndaşların qaz təchizatı ilə bağlı problemləri dinlənildi - FOTO



Cəlilabad rayonunda vətəndaşların qaz təchizatı ilə bağlı problemləri dinlənildi - FOTO
“Azəriqaz” İstehsalat Birliyinin sayca 23-cü "Açıq mikrofon” aksiyası baş tutub. Bu dəfə “Səyyar qəbul otağ”ı Cəlilabad rayonunun Cavadxan küçəsində təşkil olunub.
Bu küçədə yaşayan sakinlərin sosial şəbəkə vasitəsi ilə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə ünvanladıqları çoxsaylı müraciətlər aksiyanın bu ünvanda keçirilməsini vacib etdi. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından istifadə edərək, öz problem və təkliflərini səsləndiriblər. Sakinlər son günlər hava şəraitinin kəskin şəkildə dəyişdiyini, qış mövsümünün yaxınlaşdığını bildirərək mavi yanacağın olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar.
"Səyyar qəbul otağı"nın imkanlarından ətraf kəndlərdə yaşayan vətəndaşlar da istifadə ediblər. Onlar da aksiya təşkil olunan ünvana üz tutaraq mövcud problemlərini bildiriblər. Ünvanlanan hər bir müraciət qeydə alınıb.
 



 


 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də