Bu il 1300-ə yaxın əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.
Cari ilin ötən dövründə proqrama 1300-ə yaxın əlilliyi olan şəxs cəlb edilib. Onlar üçün təlimlər təşkil olunub, təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.
Həmin şəxslər proqram çərçivəsində seçdikləri sahələr üzrə mal və materiallarla təmin olunaraq öz təsərrüfatlarını qurub.
Hazırda da özünüməşğulluq proqramının icrası, xüsusilə həssas qruplardan olan işsiz şəxslərin proqrama cəlb olunması, onlar üçün təlimlərin təşkili işləri davam edir.