Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“İnək sağa bilən diplomat” - Dəbdəbədən əl çəkən prezident milli qəhrəmana necə çevrildi...


“İnək sağa bilən diplomat” - Dəbdəbədən əl çəkən prezident milli qəhrəmana necə çevrildi...
Kolinda Qrabar-Kitaroviç və Yakov Kitaroviç
 
Kolinda Qrabar-Kitaroviç dünyanın ən məşhur qadınlarından  və ən təvazökar liderlərdən biri hesab olunur. O, Xorvatiya prezidenti vəzifəsini icra edən ilk qadın və ölkə tarixinin ən gənc hökmdarı oldu. Bəzi tərəfdarları Kolindanın şən xasiyyətinə və səmimiliyinə heyran olur, bəziləri isə onu ürəklərin kraliçası və siyasətin seks bombası adlandırır. Onlar bir məsələdə tam razılaşırlar - bu qadın sadəliyi və təvazökarlığı ilə seçilir. O, özünə istənilən dəbdəbəni icazə verə bilər, amma təyyarədə ekonom sinifdə uçmağa üstünlük verir, VIP tribunadan futbol matçlarına baxmaqdan imtina edir, ictimai nəqliyyatdan istifadə edir və ərzağı bazardan alır.
 
Xorvatiyanın keçmiş prezidentinin həyat tərzi haqqında Lenta.ru-nun hazırladığı məqaləni oxycularına təqdim edirik.
 
“Mən sizlərdən biriyəm”
 
Xorvatiyanın liberal mediası 2015-ci il seçki kampaniyası zamanı vətənpərvərlik, ailə və xristian dəyərlərindən danışarkən Kolinda Qrabar-Kitaroviç haqqında “nəhəng büstlü axmaq sarışın” yazmışdı. Bir müddət sonra isə o, ikinci turda 50,42 % səs toplayaraq seçkilərdə qalib gəldi. O zaman yeni prezidentin 46 yaşı var idi.
 
Əvvəlcə çoxları qadına dövlət başçısı kimi qərəzlə baxırdı. Bununla belə, o, tez bir zamanda xorvatların qəlbini fəth etdi: “Mən sizlərdən biriyəm, sizin səsiniz olacağam”, - deyə Kolinda xalqını əmin etdi və verdiyi sözü tutdu.
 
Ölkənin bir çox sakinləri qəhvəyi gözlü və gözəl təbəssümlü sarışın qadının əsl xalq prezidentinə çevrildiyinə əmin oldular: o, nə qapalı, nə soyuq, nə də uzaq deyldi. Bəziləri hətta inanırdılar ki, siyasətçinin heç vaxt pis əhvalı olmur, çünki o, daima gülür. Kolinda Zaqrebin mərkəzindəki “Basta” pizzaxanasına gedir, bazardan ərzaq alır, ictimai nəqliyyatdan və ya minivendən (yüngül  avtomobil) rahatca istifadə edir.
 
Keçmiş prezident bu günə kimi turistlərə sakitcə yaxınlaşa, şəhər əhalisi ilə asanlıqla şəkil çəkdirə bilir. Gəzməyi sevir və idmanla fəal məşğul olur, boş vaxtlarında uşaqları və əri ilə birlikdə filmlərə baxır, mikrodalğalı sobada bişmiş popkorn yeyirlər. Qrabar-Kitarovic musiqi siyahısında ona ilham verən bir neçə mahnı olduğunu boynuna alır: Meredit Bruksun ifasında “Bitch” (Həyasız qadın) və Emina Arapoviçin ifasında “She-Volf” (Dişi canavar) xorvat mahnısı.
 

 
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Brüsseldə Avropa Şurasının sədri Donald Tusk ilə görüşdə, 13 iyun 2018-ci il
 

 
Kraliça II Yelizaveta Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçi və həyat yoldaşı Yakovu Bukingem sarayında salamlayır, 11 oktyabr 2016-cı il
 

 
Maori Kolinda Qrabar-Kitaroviçi Yeni Zelandiya Hökumət Evinin qarşısında ənənəvi puhiri mərasimi ilə qarşılayır, 19 avqust 2017
 

 
Kolinda Qrabar-Kitaroviç İsrail prezidenti Reuven Rivlin ilə Zaqrebdə görüşdə, 24 iyul 2018-ci il
 
Hətta pisləyənlər də etiraf edirlər: Kolinda həmişə dəbli  görünür. O, paltarlarını özü alır və etiraf edir ki, ən bahalı moda evlərinin geyimlərini almağa imkanı var. Eyni zamanda siyasətçi kasıb ailədə doğulduğunu xatırladığından onlara böyük məbləğdə pul xərcləməyi sevmir. Düşünürəm ki, əmək verərək qazanılan məvacib lotereyada udulan puldan daha çox məmnuniyyət gətirir”, - deyə o bildirir.
 
Kolinda zərif paltarlara, klassik kostyum və paltolara, sərt ətəklərə üstünlük verir. O, xüsusilə yerli modelyerlərin brendlərini – “Etno butik Mara”dan Qreta Qudelj, Aleksandra Doyçinoviç, İvan Tandariç, Aleksandar Sekulyiça, Vesna və Mariya Milkoviçin geyimlərini sevir. O, tez-tez müəlliflərdən etnik motivlərdən, tikmələrdən, naxışlardan istifadə etməyi xahiş edir. Bəzən onun sifarişinə uyğun olaraq hər hansı bir  söz də əlavə edirlər: “cəsarət”, “sevgi” və ya “özün ol”. Siyasətçinin sevimli rəngləri qırmızı, ağ və qaradır.
 
“Biz də digər azarkeşlər kimi uçuşu çox gözlədik”
 
Dünya şöhrəti Kolindaya 2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatında gəldi. Prezident Vladimir Putin şəxsən onu matça dəvət etmişdiXorvatiyanın rəhbəri çempionatın əsas qəhrəmanlarından birinə çevrildionun Moskvada Rusiya və Fransa liderlərinin müşayiəti ilə baxdığı oyundan şəkillər dünyanı dolaşdı. Qrabar-Kitaroviç sevinclə rəqs edərək vurulan qollarda hisslərini gizlətmirdiXorvatiya yığması Fransa millisinə uduzduqdan sonrakubokların təqdimat mərasimində obuprotokola uyğun deyil – deyib,  bütün oyunçuları, o cümlədən fransızları da qucaqlayaraq öpmüşdü.
 
Kolinda xorvat həmkarları ilə birlikdə Rusiyadakı digər oyunlara özü gedirdi: çarter reysləri və stadionlar üçün biletlər alırdı. “Biz bütün xorvat azarkeşləri kimi aeroportda uzun müddət reys gözləyir və gecəni təyyarədə keçirirdik”, - deyə o, sonralar xatırlayardı.
 

 
Vladimir Putin, Emmanuel Makron və Kolinda Qrabar-Kitaroviç “Lujniki” stadionunda keçirilən futbol üzrə dünya çempionatında Fransa və Xorvatiya arasındakı final oyunundan sonra mükafatlandırma mərasimində, 15 iyul 2018-ci il
 

 
Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Xorvatiyanın Fransaya vurduğu ilk qolunu qeyd edir, Lujniki stadionu, 15 iyul 2018-ci il
 
Prezident digər futbolsevərlərlə birlikdə oyunları adi tribunadan izləyirdiTribunadakı azarkeşlər arasında komandaya dəstək olmaq üçün hamı ilə bərabər olduğumu göstərmək istəyirdim. Milli rəmzləri olan futbolka geyindim. Adətən uzun paltar geyinmək tələb olunan VIP zonada belə bir libasda ola bilməzsən"deyə siyasətçi izah edir.
 
Milli komandasının sonrakı oyunlarında o, eyni futbolkada  görünür və bununla da işgüzar kostyumda olan digər siyasətçilərdən seçilirdi.
 
Kolinda etiraf edir ki, o, təkcə futbol yox, basketbol və su polosu üzrə milli komandanın oyunlarında da şəxsən iştirak etməyə çalışır. İdmana belə sevgisi uşaqlıqdandır - o, əsasən oğlanlarla dostluq edər və həvəslə top qovardı.
 
Uşaqlıqdan oğlan kimi
 
Çoxları Qrabar-Kitaroviçin hekayəsini Zoluşka haqqında nağıl adlandırırQadın Xorvatiyanın Riyeka şəhəri yaxınlığındakı Lubarska kəndində anadan olubSiyasətçinin özünün dediyi kimionun valideynləri olduqca adi insanlar idionlar yalnız ibtidai məktəbi bitirmişdilərAtasının qəssab dükanı vardı, anası isə evdar qadın idiQızları üçün adı gözlənilmədən seçmişdiləro zaman məşhur xorvat aktrisası Zdenka Vuçkoviç Lüsil Starrın “Kolinda adlı məşhur mahnısını oxumuşdu.
 
Qızın formalaşmasında onu əsl katolik və qızğın vətənpərvər kimi böyüdən nənə və babasının böyük rolu olmuşdurOnlar 1942-ci ildə italyan faşistlərinin kəndə hücumu zamanı sağ qala bilmişdilər. Baba partizanlara qoşulmuş, nənə isə əsir düşərgəsinə düşmüşdü. Əsirlikdən qurtulandan sonra o, antifaşist olmuşdu.
 
Kolindanın atası oğul arzusunda idi, ona görə də qızı əsl oğlan kimi böyüyürdü: ova gedir, futbol oynayırdı. İndi boş vaxtlarında o, hələ də tir meydançasında atəş açmağı sevir.
 
Məktəbdə Qrabar-Kitaroviç əlaçı şagird idi, tarixi və xarici dilləri sevir, stüardessa və ya tərcüməçi olmağı arzulayardı. O,  ingilis, ispan, portuqal dillərini mükəmməl, alman, italyan və fransız dillərini isə yarimçıq bilirdi. İstedadlı bir kənd qızı şəhərə köçəndə çoxları onun tələffüzünə gülürdü. Şivə danışığından qurtulmaq üçün çox səy göstərməli oldu.
 
Kolinda məktəbi bitirdikdən sonra qrant qazanaraq ABŞ-a təhsil almağa getdi. Amerika təqaüdü çox az olduğundan boş  vaxtlarında camaşırxanada işləməli olurdu. Vətənə qayıdıb instituta qəbul olduqdan sonra dayə və ingilis dili müəllimi işləyib.
 

 
Keçmiş Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç və əri Zaqrebdə parlament seçkiləri zamanı, 5 iyul 2020-ci il
 

 
Kolinda Qrabar-Kitaroviç Zaqrebdəki Çibona zalında seçki kampaniyası zamanı, 19 dekabr 2019-cu il
 
Kolinda gələcək həyat yoldaşı Yakovla 1989-cu ildə Zaqreb Universitetində oxuyarkən tanış olub. O, mühəndislik, Kolinda isə beynəlxalq münasibətlər fakültəsində təhsil alırdı. Əvvəlcə onların Katarina adlı qızı, sonra Luka adlı oğlu  oldu. Məhz Yakovun sayəsində Kolinda siyasətlə maraqlanmağa başladı. Hazırda biznesmen və universitet professoru olan ər məşhur həyat yoldaşının kölgəsində qalmağa üstünlük verir.
 
Kolindanın siyasi karyerası 1992-ci ildə başlayıb. Əvvəlcə Qrabar-Kitaroviç Elm və Texnologiya Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin müşaviri, sonra Xarici İşlər Nazirliyinin müşaviri oldu. 2003-cü ildə Avropaya inteqrasiya şöbəsinin müdiri, iki ildən sonra ölkənin xarici işlər naziri oldu. 2008-2011-ci illərdə Xorvatiyanın ABŞ-dakı səfiri olub. O, bir dəfə müsahibəsində zarafatla demişdi: “Mən inək sağa bilən azsaylı diplomatlardan biriyəm”.
 
Bikinili prezident
 
Altı il əvvəl bikinidə gözəl formalı cazibədar sarışın qadının şəkilləri internetdə yayıldı. Zahirən oXorvatiya prezidentinə çox bənzəyirdi, üstəliko zaman Kolinda ailəsi ilə təzəcə tətilə getmişdi. Çoxları yazmağa başladı kidövlət başçısı, xüsusən də ciddi geyim tərzinə riayət edən şəxs belə açıq-saçıq çimərlik paltarı geyinməməlidiSonradan məlum oldu kibu, ümumiyyətlə, Qrabar-Kitaroviç deyilKolindaya çox oxşayan aktrisa Nikol OstindirSonra dövlət başçısının bikinili əsl fotoşəkilləri sosial şəbəkəyə düşdü və bu heç də  az ajiotaj yaratmadı. Üzgüçülük geyimi daha təvazökar olsa dadövlət başçısının bədən quruluşu çoxlarını valeh etdi.
 

 
Kolinda Qrabar-Kitaroviç Monteneqroda raftinqdə
 

 
Qrabar-Kitaroviç açıq havada istirahət zamanı
 

 
Qrabar-Kitarovic Dubrovnikdə nahar edərkən
 

 
Kolinda Xorvatiyanın şimalındakı İstriya yarımadasında
 
Kolinda haqqında saxta məlumatlar mütəmadi olaraq internetdə görünürBelə ki, mətbuat onun prezident təyyarəsini, eləcə də dövlət məmurlarının idarə etdiyi 35 ədəd “Mercedes” markalı avtomobili satdığını yazıb. İddialara görə, o, gəlirləri dövlət xəzinəsinə qaytarıb, həmçinin konsul və səfirlərin maaşlarını 60 faiz azaldıb. Sonradan məlum oldu ki, bu həqiqət deyil. Ölkədə bütün hakimiyyət tək prezidentə deyil, hökumətə məxsusdur, ona görə də Qrabar-Kitaroviçin belə səlahiyyətləri sadəcə yoxdur.
 
Xalqın böyük sevgisinə baxmayaraq, Kolinda prezident kürsüsündə qala bilmədi. 2019-cu ilin dekabr - 2020-ci ilin yanvar aylarında Xorvatiyada keçirilən seçkilərdə o, Zoran Milanoviçə məğlub oldu. İdmana olan sevgisi burada da Kolindaya kömək etdi: o, Xorvatiyanın Beynəlxalq Olimpiya Komitəsinin rəsmi nümayəndəsi seçildi.
 
Tərcümə və təqdim etdi: Miraslan

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də