Nazir polis mayoruna yüksək vəzifə verdi
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmrinə əsasən, polis mayoru Asif İmanov Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
O, bu təyinata qədər həmin şöbənin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi vəzifəsində çalışıb.