Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ

World Prison Brief təşkilatı dünya ölkələrində məhbus sayı ilə bağlı reytinq dərc edib. Modern.az xəbər verir ki, reytinqdə 211 ölkə və suveren ərazi yer alıb.
 
Ən çox məhbus sayının ABŞ-da olduğu müəyyənləşdirilib. Bu ölkədə 2 milyon 68 min 200 məhbus var. Növbəti pillələrdə Çin (1,69 milyon), Braziliya (811,7 min), Hindistan (478,6 min), Rusiya (471,4 min), Tailand (309,2 min), Türkiyə (291,1 min), İndoneziya (266,2 min), Meksika (220,8 min) və İran (189 min) yer alıb.
 
Rusiyadan sonra ən çox məhbusu olan ölkələr arasında 39-cu Ukrayna (49,2 min), 49-cu Türkmənistan (35 min), 50-ci Belarus (32,5 min), 52-ci Qazaxıstan (29,4 min), 62-ci Özbəkistan (22,8 min) yer alıb.
Azərbaycan 21 253 məhbus sayı ilə reytinqdə 67-ci pillədə qərarlaşıb.
 
Qırğızıstan 10,1 min məhbus sayı ilə 96-cı, Gürcüstan 9,4 min məhbusla 98-ci, Tacikistan 8 min məhbusla 107-ci, 6,4 min məhbusla Moldova, 2,1 min məhbusla Ermənistan 144-cü,
 
Siyahının ən sonuncu pilləsində 1 nəfər olsun məhbusu olmayan San-Marino yerləşib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də