Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Evdən 8500 manat pul OĞURLADI

Tovuz rayon Polis Şöbəsinə rayon sakininə məxsus fərdi yaşayış evindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar həyata keçirib.
 
İstintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, rayonun Bozalqanlı kənd sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov oktyabr ayının 22-də fərdi yaşayış evinə qeyri - qanuni yolla daxil olaraq oradan 8500 manat nağd pul oğurlayıb. Şübhəli şəxs maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də