Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Polisdən COVID pasportu ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıda və respublikanın digər şəhər və rayonlarında şənlik mərasimlərinin genişləndirilmiş tərkibdə monitorinqləri aparılır. COVID-19 pasportu olmadan toy, nişan, ad günü və digər şənlik mərasimlərinin keçirildiyi məkanlara müvafiq dövlət qurumları ilə birgə polisin naryad qrupları cəlb edilib.
 
Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
“COVID-19 pasportu və buna bərabər digər müvafiq sənədləri olmayan şəxslər şənlik mərasimlərinə buraxılmır. Şənlik mərasimlərinin təşkilatçılarını və ictimai iaşə obyektlərinin rəhbərlərini qayda və tələblərə ciddi əməl etməyə çağırırıq”,- nazirlikdən bildirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də