Artıq son günlər dünya ölkələrinin bir neçəsində koronavirusun yeni təhlükəli “Ay.4.2” adı almış ştammı yayılmağa başlayıb. Yeni ştamm “delta”dan 10-15% daha yoluxucu sayılır. Araşdırma təsdiqini taparsa, Ay.4.2 ştamı tarixdə ən yoluxucu ştam adını alacaq.
Virusun yeni mutasiyasının dünyaya pandemiyanın yeni dalğasını gətirməsi gözlənilir. Hindistanda yaranmış “delta” ştamının törəməsi olan “AY.4.2” ştamının təbiəti və sağlamlığa vura biləcəyi zərərin tam miqyası müəyyən olunmayıb. Eyni zamanda 1 insandan 9 nəfərə virusu ötürmək qabiliyyətinə də malikdir.
Maraqlıdır, yeni yayılmağa başlamış ştamm ölkəmizdə yeni bir dalğanın başlanğıcı ola bilərmi?
Həkim-radioloq Aydın Əliyev məsələ ilə bağlı danışıb.
Onun sözlərinə görə, yeni yayılmağa başlayan “Ay.4.2” ştammının ölkəmiz üçün heç bir qorxusu yoxdur:
“Viruslar mutasiyaya uğradıqca, zəifləyirlər. Düşünürəm ki, panik olmağa ehtiyac yoxdur. Bizim ölkəmizdə əhalinin əksər hissəsi vaksin olunub, digər hissəsi isə xəstəliyə yoluxub və sağalıb. Müəyyən qədər ölkəmizin əhalisində immunitet var. Ona görə də bizim ölkə üçün yeni yayılmağa başlayan ştammın elə də çox qorxusu olmayacaq”.