Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Zaur Hüseynoğlunun anım günü keçirilib. Tədbirdə millət vəkili Aqil Məmmədov, Kəlbəcər rayon İH müavini Eldəniz Mehdiyev, şəhidin ailə üzvləri, rayon ictimayyətinin nümayəndələri və digər ictimai xadimlər iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Hüseynoğlu Cəfərov "Vətənə xidmətə görə”, “Suqovuşanın azad edilməsi uğrunda” “ Hərbi xidmətə görə" medalları ilə təltif olunub.
Millət vəkili Aqil Məmmədov tədbir iştirakçıları ilə birgə şəhidin məzarını ziyarət etdikdən sonra medalları şəhidin atasına təqdim edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

