
Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar həkimi Fərhad Cəfərov vəfat edib.
Aparılan müalicələrə baxmayaraq, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən məlumatı Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, həkim F.Cəfərov fevral ayından xidmətdə olmanın son yaş həddinə çatdığı üçün işdən ayrılıb.
Qeyd edək ki, Cəfərov Fərhad Sədran oğlu Lerik rayonunun Soru kəndində anadan olub.